Kirayə verilən mənzillərlə bağlı qaydalar dəyişdi - FƏRMAN

 17:08 04.03.2022     1580

Prezident İlham Əliyev “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı Prezident.az məlumat yayıb.

Fərmana əsasən, artıq kirayə müqaviləsi bağlanıldıqdan sonra kirayəçi tərəfindən alış qiymətinin vaxtından əvvəl tam və ya qismən ödənişi həyata keçirilə bilər.

Daha əvvəl kirayə müqaviləsi bağlanıldıqdan sonra alış qiymətinin tam ödənişi 3 ildən tez həyata keçirilə bilməzdi.

Vumart və Güvən reklamı Vumart Güvən