Rüstəm İbrahimbəyovun dəfn olunacağı yer MƏLUM OLDU

 12:50 15.03.2022     545

Xalq yazıçısı Rüstəm İbrahimbəyovun dəfn olunacağı yer məlum olub.

Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Redaktor.az-a açıqlamasında bildirib ki, martın 16-da Rüstəm İbrahimbəyovla Nizami Kino Mərkəzində vida mərasimi başa çatdıqdan sonra o, I Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, R. İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Moskvada uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Vumart və Güvən reklamı Vumart Güvən