Rüstəm İbrahimbəyovun yerinə yeni sədr seçiləcək

 12:11 29.03.2022     2050

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinə yeni sədr seçiləcək.

Redaktor.az xəbər verir ki, bunu yaradıcı təşkilatın katibi Əli İsa Cabbarov deyib.

O bildirib ki, seçkilər Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin mərhum sədri Rüstəm İbrahimbəyovun 40 mərasimindən sonra keçiriləcək.

Əli İsa Cabbarov söyləyib ki, strukturuna görə ittifaqın ali orqanı İdarə Heyətidir: "İdarə Heyətinin 18 üzvü var. Bundan əlavə işləri aparan icraçı isə katiblikdir. Katibliyin də 7 üzvü vardı. Rüstəm müəllim vəfat edəndən sonra say 6-ya düşüb".

Onun sözlərinə görə, katiblik hazırda R.İbrahimbəyovun sağlığında qoyduğu tapşırıqları yerinə yetirir, gündəlik məsələlərlə məşğul olur: "Yəni, filmlərin təbliğatı, kino məktəbi, müavinətlərin verilməsi ilə bağlı işlər görülür. Rüstəm müəllimin 40 mərasimindən sonra İdarə Heyəti yığışaraq təşkilatın ümumi iclasının vaxtını təyin edəcək. Ümumi iclasda bütün üzvlərin iştirakı ilə yeni sədr seçiləcək. Həmçinin İdarə Heyətinin üzvləri və katiblik də yenidən fomalaşdırılacaq” (report).

Vumart və Güvən reklamı Vumart Güvən