Bakının bu ərazisində su kəsildi

 09:30 08.04.2022     740

"Bakı şəhəri Neftçilər prospektindən keçən su xəttində baş vermiş qəza ilə əlaqədar aprelin 8-də Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb".

Bu barədə Redaktor.az-a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

“Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, - məlumatda deyilir.

Vumart və Güvən reklamı Vumart Güvən