"Azəriqaz" rəhbərliyi bu dəfə Sabunçu sahibkarları ilə görüşəcək

 14:20 19.04.2022     1597

"“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır".

Bu barədə Redaktor.az-a qurumdan daxil olan məlumatda deyilir.

Qeyd olunub ki, Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Sabunçu rayonunda təşkil olunacaq.

"Azəriqaz" İB-nin rəhbər şəxsləri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heydər Əliyev adına parkda baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” aprelin 21-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən