Hərbçilərin pensiyası belə hesablanacaq - Komitə sədrindən AÇIQLAMA

 16:22 26.04.2022     6033

“Sonradan hərbi xidmətə qəbul edilmiş pensiyaçının və hərbi rütbəli şəxslərin pensiyası son təminat xərcliyinə görə yenidən hesablanaraq artırılacaq”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, qanuna dəyişikliklər vətəndaşların pensiyaya çıxma şərtlərinin yumşaldılmasına şərait yaradan dəyişikliklərdir.