Parlamentdə pensiya yaşı müzakirəyə ÇIXARILDI

 16:25 26.04.2022     2603

“Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklər Milli Məclisdə müzakirə edilib. 

Redaktor.az xəbər verir ki,  bu gün keçirilən plenar iclasda qanunun 10 maddəsinə 43 dəyişiklik təklif edilir.

Bu dəyişikliklərdən bəziləri redaktə xarakterli, bəziləri yeni anlayışların tətbiqi ilə əlaqədar dəyişikliklərdir. Belə ki, qanun layihəsində təklif olunan dəyişikliklərə kişilərin və qadınların pensiyaya çıxma yaşının unifikasiyası, çoxuşaqlı ailələrə güzəştlərin artırılması, eyni zamanda pensiyaya çıxma şərtlərinin sadələşdirlməsi, pensiyanın bir növündən digərinə keçidin, daha tez pensiyaya çıxma hallarının genişləndirilməsi kimi müddəalar daxildir.

Bundan əlavə, qanuna dəyişikliklərdə sonradan hərbi xidmətə qəbul edilmiş pensiyaçı hərbi rütbəli şəxslərin pensiyasının son təminat xərcliyinə görə yenidən hesablanaraq artırılması, ailə başçısını itirmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, ailə başçısına şəhid statusu verildiyi tarixlə müraciət olunan tarix arasındakı müddət üzrə də pensiya məbləğinin ödənilməsi kimi müddəalar da daxil edilib.

Müzakirələrdən sonra layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.