200 minlik artezian quyusu vurulub - suyunu görən olmayıb

 13:54 04.05.2022     1752

“2 il əvvəl dövlət başçısının sərəncamı ilə Beyləqan rayonunda, kəndimizin ətrafında 3 artezian quyusu vurulub. Deyilənə görə, həmin layihələrin icrasına 200 min manata yaxın büdcə pulu xərclənib. Sakinlər quyunu görsə də, suyunu görən olmayıb”.

Redaktor.az-ın məlumatına görə, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev feysbuk hesabında yazıb. 

O qeyd edib ki, quyunun vurulmasından 2 il keçsə də, əhaliyə su verilməyib.

“Təsəvvür edin ki, məktəb tikirsən, içərisində oxuyan yoxdur. Yol çəkirsən, kimsə oradan faydalana bilmir. Çox keçməz, bu cür "smart idarəetmə"nin nəticələri "smart kəndlər"imizdə də görünər”, - deyə R.Ağayev bildirib.