May ayının pensiyalarının ödənişi YEKUNLAŞDI

 15:12 13.05.2022     4483

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə may ayının pensiyalarının qrafikdən əvvəl ödənişini yekunlaşdırıb.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Redaktor.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, mayın 6-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin digər bölgələri üzrə pensiyalar, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.