Bu hallarda əmək müqaviləsinə xitam veriləcək - Prezident imzaladı

 14:28 09.06.2022     647

Azərbaycan Prezidenti İlham Əliyev Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Redaktor.az xəbər verir ki, dəyişikliklə xəbərsiz itkin düşmüş və ya ölmüş işçilərin əmək müqaviləsinə xitam verilməsi qaydası müəyyənləşib.

Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında işçi xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə əmək müqaviləsinə xitam veriləcək.