"Azəriqaz" rəhbəri sabah sualları cavablandıracaq

 15:20 09.06.2022     251

“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 10 iyun saat 11:00-da başlayacaq.

Qurumdan Redaktor.az-a bildirilib ki, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Həm cari ilin 5 ayı, həm də may ayının yekunlarına dair hesabat təqdim olunacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.