Salyanda şəhid Nicat Nağıyevin məzarı ziyarət olundu - FOTO

 16:26 09.06.2022     860

Bu gün Vətən müharibəsi şəhidi Nicat İbrahim oğlu Nağıyevin doğum günüdür.

Redaktor.az xəbər verir ki, bu münasibətlə Salyan rayon Qızılağac kəndində Vətən Müharibəsi Şəhidi Nicat İbrahim oğlu Nağıyevin adına inşa edilmiş Şəhid bulağında anım tədbiri keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının sədri Elmar Əhmədov və Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının fəalları, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov və Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Salyan rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rəşad Kərimov, Vətən müharibəsi qaziləri, Şəhid valideynləri və rayon ictimaiyyəti iştirak edib. İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlardan sonra məktəblilər Vətənpərvərlik mövzularında şeirlər səsləndiriblər.

Daha sonra tədbir iştirakçıları Salyan rayon Qızılağac kənd qəbiristanlığında Vətən müharibəsi şəhidi Nicat Nağıyevin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyub, ruhuna dualar oxunub.

222222222222222