Əhalinin 76 faizi qaz limitini keçməyib

 12:04 10.06.2022     540

Bu ilin yanvar-may ayında əhali qrupu üzrə abonentlərin 75,9%-i aşağı qaz istifadəsi limitini keçməyib.

Redaktor.az xəbərinə görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktorunun satış üzrə direktoru Rəşad Cavadov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

R.Cavadovun sözlərinə görə, hesabat dövründə 1 200 kubmetrədək olan qaz istifadəsi limitini hesabat dövründə 24,1% və ya 585 383 abonent keçib.

İyunun 1-nə olan məlumata görə, "Azəriqaz" üzrə istismarda olan sayğacların sayı (əhali üzrə - red.) 2 427 456 ədəddir, bunların 62,6%-i sonradan ödənişli (mexaniki), 37,4%-i smart-kart tipli cihazlardır.