Əlilliklə bağlı narazı vətəndaşların NƏZƏRİNƏ!!!

 12:07 10.06.2022     493

"Əlilliklə bağlı əsas təyinatımız elektron platforma üzərindən həyata keçirilir". 

Redaktor.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov jurnalistlərə açıqlamasında  deyib.

A.Bayramov qeyd edib ki, bəzi vətəndaşlar qiymətləndirmənin nəticəsindən razı qalmaya bilərlər: 

"Onlar bizə müraciət edib, onlayn növbə ilə komissiyaya gələ bilərlər. Əlilliyin elektron qiymətləndirilməsində yanlışlıq müəyyən edilibsə, dərhal aradan qaldırılır. Səhv qərar verilən və ya əlilliyi olduğu halda təyinat almayan şəxslərin sayı minimuma endirilib. Əlilliyi olduğu halda bizə müraciət etməyən şəxsləri özümüz tapmağa çalışırıq".