Sumqayıtda ötən ay təmir olunmuş yol yenə çökdü – FOTO

 10:32 12.06.2022     765

Sumqayıtda eyni yol növbəti dəfə çöküb.

Redaktor.az xəbər verir ki, şəhərin Kamran Hüseynov üçəsində avtomobil yolu iki yerdən çöküb.

Ətraf hissələrdə isə iri həcmli çatlar əmələ gəlib.

Çatların bir hissəsi yol kənarındakı yaşayış evlərinin qapısına qədər çatıb. Sakinlər problemin köklü şəkildə həllini tələb edir.

Qeyd edək ki, həmin yol ötən ay da çökmüşdü.