"Azərişıq" Daşkəsən və Ağstafada elektrik enerjisinin verilişini bərpa etdi - FOTO

Ağstafa rayonunun yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa edilib.
"Azərişıq" ASC- dən Redaktor.az-a verilən məlumata görə, hazırda hadisə baş verən ərazilərlə yanaşı bütün ölkədə elektrik enerjisi təchizatı tam qaydasındadır.
Bildirilir ki, sel daşqınları və qasırğa nəticəsində Daşkəsən rayonunda da elektrik enerjisi təchizatında fasilə yaranmışdı.
"Azərişıq" əməkdaşlarının gərgin əməyi nəticəsində rayonun bütün yaşayış məntəqələrində elektrik enerjisi təchizatı bərpa edilib.



