Bakıda daha bir marşrutda ödəniş “BakıKart”la OLACAQ

 11:43 13.06.2022     338

Sabahdan etibarən "Bus Trans" MMC-nin müvəqqəti istismarında olan 206 nömrəli müntəzəm marşrut xətti (Lökbatan qəs. - "Elmlər Akademiyası" m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə Redaktor.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.