“Azərsu”ya 58 mindən çox müraciət edilib

 11:39 14.06.2022     2684

Bu ilin yanvar-may aylarında “Azərsu” ASC-nin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərindəki bölmələrinə qurumun təqdim etdiyi xidmətlərlə bağlı 58 197 müraciət edilib.

Bu barədə Redaktor.az-a qurumdan bildirilib.

Müraciətlərin 32 878-i “ASAN Kommunal”, 25 319-u isə “ASAN xidmət” mərkəzlərində qeydə alınıb. Vətəndaşlar xidmət bölmələrinə daha çox texniki şərtin verilməsi, abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi və digər məsələlərlə bağlı müraciətlər edib.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. 2017-ci ildən “Azərsu” ASC “ASAN Kommunal” mərkəzlərində də təmsil olunur. Ümumilikdə 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 570 minədək müraciət daxil olub.

Hazırda “Azərsu” ASC-nin xidmətləri Bakı şəhərindəki 1,2,3 saylı “ASAN Kommunal”, 6 saylı “Asan xidmət”, həmçinin regionlarda 15 “ASAN xidmət” mərkəzində təşkil olunub.