İyun ayının pensiyaları tam ÖDƏNİLDİ

 18:35 14.06.2022     295

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyun ayının pensiyalarının ödənişini tam yekunlaşdırıb.

ƏƏSMN-dən Redaktor.az-a verilən məlumata görə, iyunun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin digər bölgələri üzrə pensiyalar, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.