Deputat veteran pulunun azlığından ŞİKAYƏTLƏNDİ

 12:30 17.06.2022     1411

"Sosial müdafiə və təminat sahəsinə 3 milyarddan çox vəsait ayrılıb. Amma hazırda çoxlu müraciətlər, narazılıqlar var". 

Redaktor.az xəbər verir ki, bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli məlumat verib. 

O qeyd edib ki, həmin sahədə qənaət edilən vəsaitlər hesabına onların problemləri həll edilə bilər.

"Müharibə iştirakçılarına diqqət artırılmalıdır. Onlar şəhid olmayıbsa, yaralanmayıbsa, o demək deyil ki, diqqətdən kənar qalmalıdırlar. Müharibə iştirakçılarına verilən 80 manat veteranpulu azdır, artırmaq lazımdır", - deyə T.Kərimli bildirib.