"Azərişıq" vahid idarəetmə sistemi üzrə məlumat bazası yaradır

 17:52 17.06.2022     639

"Azərişıq" ASC Enerji Vahid İdarəetmə Sistemi (“Evis”) üzrə mərkəzləşdirilmiş elektron uçot sisteminin (vahid məlumat bazasının) yaradılması üçün açıq tender elan edib.

Redaktor.az xəbər verir ki, tenderdə iştirak haqqı 1000 manatdır.

İddiaçılar ilkin sənədləri iyulun 13-də, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə iyulun 21-də, saat 15:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, 13 ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyulun 22-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.