"Azəriqaz"ın baş direktoru Quba və Qusar sakinləri ilə görüşəcək

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Quba rayonunda vətəndaş qəbulu keçiriləcək.
Redaktor.az xəbər verir ki, sözügedən qurumdan verilən məlumata görə, iyunun 20-də saat 11:00-da Quba rayon Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Quba və Qusar sakinlərinin müraciətləri dinləniləcək.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Xaçmaz Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.
