Daha 4 rayonda “Açıq mikrofon” keçiriləcək

 14:42 18.06.2022     2642

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin (İB) “Açıq mikrofon” aksiyası davam edir.

Redaktor.az xəbər verir ki, növbəti həftə (21-22.06.tarixləri) daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Aksiya həftənin 2-ci günü saat 14:00-dan 15:00-dək Ağstafa rayonunda (Köçəsgər kəndi) 17:00-dan 18:00-dək Tovuz rayonunda (Çatax kənd icra nümayəndəliyinin qarşısı), 3-cü günü saat 11:00-dan 12:00-dək Gədəbəy rayonunda (Qoşabulaq kəndi, tibb məntəqəsinin qarşısı), 14:00-dan 15:00-dək isə Şəmkir rayonunda (Aşağı Seyfəli kəndi) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

2