Pensiyalar ARTIRILIR

 12:03 20.06.2022     3843

"Pensiyaların ödənilməsi üçün ayrılan vəsait 306 milyon manat artırılır". 

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Kərimov deyib. 

O, qeyd edib ki, cari ildə məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması prioritet məsələ sırasındadır. Məşğulluq sahəsində yaradılacaq elektron sistem bu proseslərin tamamilə elektronlaşdırılmasına şərait yaradılacaq.