Hamiləliyə və doğuma görə ödəniş niyə azaldılır? - Deputat izahat tələb etdi

 13:11 20.06.2022     521

"Dövlət Sosial Müdafiə Fondunun təklif edilən yeni büdcəsinə görə, hamiləliyə və doğuma görə vəsait 50,0 milyon manatdan 47.1 milyon manatadək azalıb". 

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə üzvü  Vüqar Bayramov deyib. O qeyd edib ki, həmçinin uşağın anadan olmasına görə ayrılan vəsait 20 milyon manatdan 24 milyon manata çatdırılır:

"Bu müsbət məqamdır. 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar xərclər 15,0 milyon manatdan 12.1 milyon manatadək azaldılır. Amma bu 3 istiqamət bir-biri ilə bağlı istiqamətlərdir. Uşağın anadan olmasına görə vəsait artırılırsa, o halda hamiləliyə və doğuma görə ödəniş niyə azaldılır? Uşaqların sayı artırsa, deməli, hamiləlik və doğum sayı da artmalıdır. Bu o deməkdir ki, ölkədə əkiz doğulan uşaqların sayı artıb?! Hamiləlik və doğuşa görə ödənilən vəsaitin və eləcə də uşaqlara qulluğa görə xərcin dürüstləşmiş büdcədə azaldılması səbəblərinin izah edilməsi vacibdir" (modern.az)