“Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası Qubada təşkil olunacaq

 11:18 21.06.2022     247

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində bu dəfə “Səyyar qəbul otağ”ı Quba rayonu, Xanagahyolu kəndində təşkil olunacaq.

Redaktor.az - ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, iyunun 24-də saat 11:00-dan 12:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.

Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.