Səhiyyə nazirindən valideynlərə MÜRACİƏT
"Uşaqlar arasında yayılan virus mövsümüdür".
Redaktor.az-ın məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.
Nazir məsələ ilə bağlı valideynlərə müraciət edərək bildirib ki, uşaqları vaxtlı-vaxtında həkim müayinəsindən keçirmək lazımdır.
"Təbii ki, müxtəlif xəstəliklər də ola bilər. Lakin bu günə kimi müşahidə etdiyimiz klassik mövsümü artmalardır. Yəni burada hər hansı spesifik yoluxucu xəstəliyin mövcudluğundan danışmaq lazım deyil", - deyə T.Musayev bildirib.












