“Azəriqaz”da media və QHT nümayəndələri ilə növbəti görüş olacaq 

 20:40 21.07.2022     209

“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 22 iyul saat 11:00-da başlayacaq.

Birlikdən Redaktor.az-a verilən məlumata görə, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.

Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.