Növbəti “Açıq mikrofon” Siyəzən rayonunda quruldu

 18:51 27.07.2022     413

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun təşəbbüsü ilə həyata keçirilən “Açıq mikrofon” aksiyası bu gün Siyəzən rayonunda qurulub.

Redaktor.az xəbər verir ki, bu barədə sözügedən qurumdan aldığımız məlumata görə, sakinlər onları maraqlandıran suallara elə yerindəcə cavab tapdıqları üçün keçirilən aksiyadan məmnunluqlarını bildiriblər.

Görüşdə qaz sayğacının quraşdırılması, fərdi yaşayış evinin qazlaşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi və s. kimi müraciətlər ünvanlanıb.

Sakinlərin səsləndirdikləri hər bir müraciət aksiyada iştirak edən birlik nümayəndələri tərəfindən qeydə alınıb.

Bildirək ki, bütün müraciətlər “Azəriqaz” İB-nin rəhbərliyinin tapşırığına uyğun olaraq araşdırılacaq və həlli istiqamətində müvafiq qərarlar veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən