Əlillik dərəcəsi dəyişdirilənlərə ödəniş bu qaydada VERİLƏCƏK

 13:03 02.08.2022     411

"Birinci Qarabağ müharibəsi dövründə xəsarət alan elə şəxslər var ki, sonradan onların əlillik dərəcələri dəyişdirilib".

Redaktor.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransında deyib.

O, vaxtilə əlillik qrupu təyin edilmiş və ya sonradan əlillik qrupu dəyişdirilmiş şəxslərə ödənişin hansı qaydada veriləcəyini açıqlayıb.

H.Məmişov bildirib ki, həmin şəxslərə ödənişlər aldığı ən yüksək əlillik dərəcəsi üzrə veriləcək.