Qarabağda bu peşə sahiblərinə tələbat var

 15:19 05.08.2022     2908

Yaxın vaxtlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Bərdə və Quba rayonlarında da Peşə Hazırlığı Mərkəzləri istifadəyə veriləcək.

Qurumdan Redaktor.az-a verilən məlumata görə, həmin Mərkəzlərdə peşə tədrisinin əmək bazarına uyğun qurulması üçün  Agentlik tərəfindən ekspres əmək bazarı araşdırması aparılıb.

Araşdırma zamanı 40 mikro, 130 kiçik, 70 orta və 7 iri işəgötürən arasında sorğu keçirilib. Nəticə olaraq Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə prioritet peşə və ixtisaslara olan təlabat müəyyən edilib.

Yeni Peşə Hazırlığı Mərkəzlərində tədrisi təşkil olunacaq 30 ixtisas müəyyən olunub.

Onların sırasına daxildir:

Qarabağ iqtisadi rayonu üzrə - toxumçuluq, şitilçilik və tingçilik, kənd təsərrüfatı məhsullarının saxlanması və anbarlanması üzrə logistika, kompyuter təmiri və xidməti mütəxəssisləri, baytar köməkçisi, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, kombi ustası, təmirçi-çilingər, mebel ustası, avtomobil diaqnostikası və təmiri ustası, təchizat üzrə agent, ərzaq və qeyri-ərzaq  mallarının satıçısı, nəzarətçi-xəzinədar, qəssab, elektrik və avtoarabacıqların sürücüsü, yanacaqdoldurma stansiyalarının operatoru;

Quba-Xaçmaz iqtisadi rayonu üzrə - elektron ticarətçi, bərbər, vizajist, manikurçu, lazer ustası, ikinci dairə üzrə elektrik quraşdırıcısı, kompyuter şəbəkə inzibatçısı, barmen, barista, aşbaz, çağrı mərkəzi üzrə operator, xərrat-dülgər və parket ustası, CNC operatoru (taxta işləri üzrə), kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri üzrə çilingər və dağ-xizək turizmi üzrə bələdçi.

Növbəti mərhələdə  qeyd edilən peşə və ixtisaslar üzrə tədris proqramlarının və bu proqramların əsasında təlim-tədris materiallarının hazırlanması nəzərdə tutulub.

Vumart və Güvən reklamı Vumart Güvən