Çölü bəzək, içi bərbad Binəqədinin yolsuzluq dərdi - VİDEO
Binəqədi rayon sakinləri ərazidəki bərbad halda olan yolun düzəldilməməsindən narazıdırlar.
Redaktor.az xəbər erir ki, bu barədə oxu.az-a orada yaşayan vətəndaşlar bildiriblər.
Qeyd olunub ki, rayonun Binəqədi qəsəbəsi Ağamirək İsfahani küçəsi, döngə 3-də yol bərbad vəziyyətdədir:
“Bu barədə dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etsək də bizə cavab verməyiblər”.
Binəqədi RİH-dən bildirilib ki, məsələnin həll edilməsi məqsədilə RİH tərəfindən aidiyyəti quruma rəsmi müraciət edilib:
“Məlumat üçün qeyd edək ki, qəsəbəyə asfalt örtüyünün çəkilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müəyyən edilmiş tədbirlər proqramına əlavə edilib. Tədbirlər Planına uyğun olaraq, mərhələli şəkildə həyata keçiriləcək”.












