Bütün sosial yardımlar bu tarixdə ödəniləcək

 10:35 23.08.2022     468

Avqustun 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə Redaktor.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyul ayları ərzində elektron sistem üzərindən 170,9 min pensiya, müavinət, təqaüd təyinatı aparılıb. Onlardan 17206-sı pensiya, 66706-sı müavinət, 87036-sı təqaüd təyinatı olub.

Vumart və Güvən reklamı Vumart Güvən