Onkoloji xəstələrin NƏZƏRİNƏ - Milli Onkologiya Mərkəzi 4 milyon manatlıq dərman alır
Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi dərman, sarğı ləvazimatlarının və materiallarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Redaktor.az xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Azəri-Med” QSC-dir.
Qalib şirkətə 3 837,8 min manat ödəniləcək.












