Bu marşrut xətti LƏĞV EDİLDİ

 16:16 03.09.2022     747

5 sentyabr 2022-ci ildən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə (NMM) Mərdəkan çimərliyini (Şüvəlan – Buzovna yolu) əlaqələndirən M10 nömrəli mövsümi marşrut xəttinin fəaliyyəti dayandırılacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) Redaktor.az-a verilən məlumatda bildirilib.

Bakı Nəqliyyat Agentliyinin müvafiq tapşırığına əsasən  bu xətt üzrə istismarda olan avtobuslar “BakuBus” MMC-yə həvalə edilən digər xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək.

Vumart və Güvən reklamı Vumart Güvən