"Azərişıq" sədri sabah Salyanda vətəndaşları qəbul edəcək

 12:20 08.09.2022     239

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov sabah saat 10:00-da Salyan şəhərində Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə Redaktor.az-a qurumdan bildirilib.

Məlumata görə, qəbul Salyan rayon İcra Hakimiyyətinin inzibati binasında (Təbriz Xəlilbəyli küçəsi, 136 ünvanında) keçiriləcək.

Qəbulda iştirak etmək istəyən şəxslər Salyan Elektrik Şəbəkəsinə və yaxud "Azərişığ"ın 199 çağrı mərkəzinə, [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və yaxud immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.