Bu şirkətlərin istehlaka yararsız qida məhsulları MƏHV EDİLDİ - SİYAHI

 16:04 08.09.2022     414

İstehlaka yararsız qida məhsulları məhv edilib.

Bu barədə Redaktor.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, agentlik istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində həyata keçirilən yoxlamalar zamanı qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görür.

Qeyd edək ki, istehlaka yararsız və istifadə müddəti bitmiş məhsulların məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “Ulu Gida Group” MMC-yə məxsus ümumi çəkisi 52 kq “Aly Yufka” əmtəə nişanlı xəmir məhsulu və 40.2 kq mayonez və ənginar məhsulu, “Fenix Trade” MMC-yə məxsus ümumi çəkisi 580 kq dəniz məhsulu və alkoqolsuz içkilər, “Pribaltika” MMC-yə məxsus ümumi çəkisi 1360 kq ət və süd məhsulları, “Merano-Baku” MMC-yə məxsus ümumi çəkisi 3630 kq müxtəlif növ qida məhsulları “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.