“Azəriqaz”da media və QHT nümayəndələri ilə növbəti görüş olacaq 

 17:06 08.09.2022     711

“Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 9 sentyabr saat 11:00-da başlayacaq.

Sözügedən birlikdən Redaktor.az-a verilən məlumata görə, aksiya "Facebook" və "Instagram" (azerigas_ib) sosial şəbəkələri üzərindən canlı yayımlanacaq.

Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Vumart və Güvən reklamı Vumart Güvən