“Azəriqaz”da media və QHT nümayəndələri ilə növbəti görüş olacaq 

 16:29 15.09.2022     660

Sentyabrın 16-da saat 11.00-da “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası olacaq.

Redaktor.az-a birlikdən verilən məlumata görə, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.

Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

2