“YouTube” istifadəçiləri hücuma məruz qaldı

“YouTube” istifadəçiləri təsvirlərində zərərli fayllar olan məşhur oyunlar haqqında videolarla hücuma məruz qalıblar.
Redaktor.az-a xəbər verir ki, bu barədə “Kaspersky Lab” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Fırıldaqçılar “FIFA 22”, “Final Fantasy XIV”, “Lego Star Wars” və “Hörümçək-adam” kimi oyunlar üçün virusları çatlar kimi təqdim ediblər.
Həmçinin, şirkət videohostinq izləyicilərini videoların təsvirindəki linklərə daxil olmamağa çağırıb.
“Kaspersky Lab”-dan bildirilib ki, zərərli proqram istifadəçilərin loginlərini, parollarını və bank kartı məlumatlarını oğurlaya bilər.