MİDA-nın yeni mənzillərinin satışı bitdi - YENİLƏNİB
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı həyata keçirilib.
Redaktor.az xəbər verir ki, ümumilikdə 18 binadan 815 mənzil seçilib.
MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı brifinqdə bildirib ki, bütün mənzillər seçilib:
“Əvvəlki mənzil seçimlərindən fərqli olaraq, bu dəfə vətəndaş evi seçdikdə digər mərhələyə keçməsi üçün beş saniyə müddət qoyulub. Buna səbəb sürətli keçidin qarşısının alınması olub”.
***
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışında ilk mənzil artıq seçilib.
Redaktor.az-ın məlumatına görə, mənzil seçimin 31-ci saniyəsində gerçəkləşib.
***
“Bu gün saat 15:00-da Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı həyata keçirilir”.
Redaktor.az-ın məlumatına əsasən, bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, mənzil seçimlərinin edilməsi ilə bağlı proses hüquq-mühafizə orqanlarının nəzarətindədir.
F.Qurbanlı əlavə edib ki, ümumilikdə 18 binadan 815 mənzil satışa çıxarılır.












