Elm və Təhsil Nazirliyinin idarəsi cari təmirə 3,5 milyon manat xərcləyəcək

 10:56 27.09.2022     630

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələrinin cari təmiri ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

Redaktor.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri "S.H. İnşaat Xidməti" və "Upsilon" MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 2,657 milyon manat və 851 min manat, ümumilikdə isə 3,508 milyon manat ödəniləcək.

Vumart və Güvən reklamı Vumart Güvən