Bakının Fətəli xan Xoyski prospektində təmir yekunlaşdı - VİDEO

 09:14 28.09.2022     617

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Nərimanov rayonunun Fətəli xan Xoyski prospektində təmiri yekunlaşdırıb.

Bu barədə Redaktor.az-a Agentlikdən bildirilib.

Məlumata görə, ümumilikdə təmir işləri 45 min kvadratmetrdən çox sahədə aparılıb. Nəticədə ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, ardınca əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənib.

Sonda yolgöstərici və yolcizgi xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılıb.

2022-ci ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometr təşkil edir.

Ötən il rayon üzrə ümumi uzunluğu 11 kilometrdən çox olan 15-dən artıq küçə təmir olunub.

Vumart və Güvən reklamı Vumart Güvən