Avtobuslarda problem bitmir ki, bitmir... - BNA da yola verir
Paytaxda avtobuslardakı sıxlıq demək olar ki adi hala çevrilib. Kartla ödəniş tətbiq olunandan sonra sərnişinlərin avtobusa minib-düşməsi daha da çətinləşib.
Bəzən olur ki, sərnişinlər arxaya keçməyə həvəs göstərmirlər. Belə halda kartı vurub arxa qapıdan minmək istəyəndə də sürücülərin tərsliyi tutur.
Doğrudur, aralarında insaflısı tapılır ki, dolu avtobusda sərnişinlərin yaxın olduqları-ön qapıdan düşməyə və ya kartı vurub avtobusa arxa qapıdan daxil olmağa icazə verir. Amma çox vaxt sürücülərin yersiz aqressiyası ilə rastlaşırıq. Sanki bir söz bilirlər, "Keç, arxda qapıdan düş!.... Bununla razılaşmayan sərnişin bəzən əsəblərinə hakim ola bilmir, mübahisəyaranır. Bəzən bu mübahisə əlbayaxa davaya da çevrilir. Bu da şəhərin tıxacında onsuz da gecikən avtobusları bir az da gecikdirir.
Sürücü sərnişinlə dava etmək əvəzinə düşməyə və ya avtobusa daxil olmağa icazə versə, gecikmə yaşanmaz, mübahisə də yaranmaz.. Çünki bu sıxlığın yaranmasını səbəbkarı sərnişin deyil, belə uzun intervalın yaranması üçün ya sürücü bilərəkdən gec sürür, ya da marşrutdakı avtobusların sayı azdır...
Redaktor.az problemlə ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevin fikirlərini öyrənməyə çalışdı. O da ənənəsinə uyğun olaraq həmişəki kimi qısa cavabla sualdan yayındı:
“Ön qapıdan düşəndə də axı minənlərə maneə yaranır...”
Həmidə İbrahimova












