Azərbaycanda pensiya arta bilər - Deputat
Əgər bu qanun qəbul ediləcəksə, gələn ildən sonra pensiya məbləği orta hesabla 14 faiz artacaq.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisdə “Əmək Pensiyası” haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxışında deputat Vüqar Bayramov deyib.
O bildirib ki, bu layihə Prezidentin sosial sahədə diqqətinin və iradəsinin göstəricisidir.
Qanun layihəsinə iki dəyişiklik təklif edən deputat həmkarlarını layihəni dəstəkləməyə çağırıb.












