"“BakuBus” avtobuslarının nasazlıqla istismar edilməsi təəssüf doğurur" - EKSPERT

 14:22 23.10.2022     451

"BakuBus" MMC-yə məxsus “BMC” markalı avtobusun düşdüyü yol-nəqliyyat hadisəsi barədə məlumatda qeyd edilir ki, avtobusun əyləc sistemində nasazlıq olub. Uzağı 3 ildir istismarda olan bu avtobusların belə texniki nasazlığının olması və həmin nasazlıqla istismar edilməsi təəssüf doğurur".

Redaktor.az xəbər verir ki, bu sözləri  “BakuBus” MMC-yə məxsus 30 nömrəli marşrut avtobusu idarəetməni itirərək “Araz” marketə çırpılmasını şərh edərkən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib.

Onun sözlərinı görə,  son vaxtlar "BakuBus" MMC-yə məxsus avtobuslarla şikayətlər artır.

"Bakı sakinlərinin fəxr etdiyi avtobuslarla bağlı belə hallar məyusedicidir. Bu MMC-də olan problemlər aradan qaldırılmalıdır. Əks təqdirdə ictimai nəqliyyatdan üz döndərənlər çoxalacaq. Bu tipli problemin kökündən həlli üçün ilk növbədə ictimai nəqliyyatın iqtisadi (maliyyələşmə) və idarəetmə problemi həll edilməlidir",- ekspert əlavə edib.

İLTİFAT

Vumart və Güvən reklamı Vumart Güvən