"Ali məktəblər, dövlət müəssisələri Bakıdan kənara köçürülməlidir" - Fazil Mustafa

 10:55 25.10.2022     1434

"Bu gün artıq tıxacların əlacı yoxdur, çünki yollar yanlış çəkilib, metro tikintisi fəaliyyətini dayandırıb, tramvay və ya trelebus xətti yoxdur, yollar dardır".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Bakıda tıxac problemindən çıxış yolu ilə bağlı fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə, tıxac artıq həyatımızın reallığıdır və bunu dəyişmək mümkün deyil.

"Amma yeganə yolu ali məktəblərin, müəyyən dövlət müəssisələrinin, idarələrinin şəhərdən kənara köçürülməsi və kənardan yol alternativlərinin çəkilməsidir. Bu da çox böyük vəsait tələb edir. İndiki zamanda bu vəsaiti tapmaq çətin məsələdir. Vaxtilə bu vəsait boşuna xərcləndi, lazımi səviyyədə dəyərləndirilmədi. İndi də bunun nəticələrini ağır şəkildə ödəyirik”, - deyə Fazil Mustafa qeyd edib.

Nərmin VÜQARQIZI