Avtobus dayanacaqlarını zəbt edən sürücülərin NƏZƏRİNƏ!

Paytaxtda bir çox hallarda nəqliyyat vasitələri dayanma-durma qaydalarını pozur.
Məsələn, 20 yanvar dairəsinə günün istənilən saatında yaxınlaşsaq, burada xüsusilə də avtobus dayanacaqlarında bu problemlə üzləşəcəyik. Halbuki avtobus dayanacaqlarında istər taksi, istərsə də şəxsi avtomobillərin dayanması qadağandır.
Bəs bu qaydanı pozan sürücüləri hansı cəza gözləyir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirdi ki, avtobus dayanacaqlarında maşın saxlayan sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.2 maddəsinə görə məsuliyyətə cəlb edilir:
“Avtobus dayanacağı və ona 15 metr məsafədə maşın saxlamaq qadağandır. Bu qaydanı pozanları 40 manat məbləğində cərimə gözləyir”.
Nərmin VÜQARQIZI