“Buta Airways”ın təyyarəsi texniki səbəbdən Bakıya uça bilmədi

 14:42 29.10.2022     388

"Azərbaycan Hava Yolları" QSC-nin aşağı büdcəli törəməsi - “Buta Airways” şirkətinin Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir.

Redaktor.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Məlumata görə, sərnişinlər Bakıya digər təyyarə ilə axşam yola düşəcək.

Onlar qaydalara uyğun içki və qida daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcək.

Vumart və Güvən reklamı Vumart Güvən