Bakıda avtobus dayanacağı piyada səkisinin düz ortasında quraşdırılıb - VİDEO
Bakıda avtobus dayanacağı piyada səkisinin düz ortasında quraşdırılıb.
Redaktor.az Xəzər TV-yə istinadən bildirir ki, paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsində dayanacaqlardan birinin bu formada quraşdırılması piyadalara çətinlik yaradır.
Piyadalar tezliklə bu dayanacağın yerinin dəyişdirilməsini istəyirlər.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, həmin dayanacaq Agentlik yaranmazdan əvvəl quraşdırılıb. Buna baxmayaraq, problem nəzarətə götürülüb. Artıq paytaxtda bu vəziyyətdə olan bir neçə dayanacağın yeri dəyişdirilib. Yaxın günlərdə bu dayanacaq da uyğun yerə köçürüləcək.












